Prezident İlham Əliyevin fərmanına əsasən, ötən ilin dekabr ayının 25-də sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün müddət 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-ə endirilib. Sahibkarın müraciəti zamanı təqdim edilən sənədlər əsasında yerindəcə ödəniş həyata keçirilir. Sonrakı mərhələdə isə "Elektron xəritə" vasitəsilə artıq obyektin yeri və ona ən yaxın güc mərkəzi dərhal müəyyənləşdirilərək "ASAN portal"a yerləşdirilir. Aparılan islahatların ardıcıl və məntiqli icrasını təmin etmək məqsədilə ölkə Prezidentinin fərmanı əsasında yaradılan Texniki Şuraya daxil olan qurumlar arasında elektron məlumat mübadiləsi nəticəsində sahibkarların iştirakı olmadan bütün lazimi işlər daha operativ və çevik şəkildə həyata keçirilir.