Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması onun fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarətinin keçirilməsi üçün əsas yaradır.
Dövlət Vergi Xidmətindən əldə etdiymiz məlumata görə, bununla yanaşı, məcəllənin 83.7-ci maddəsinin müddəalarına əsasən, vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ var.
Məcəllənin 87.3-1-ci maddəsində isə göstərilib ki, riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə, bu maddə ilə müəyyən olunmuş müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları, eləcə də operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.
Bundan əlavə, Vergi Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə, eyni zamanda, ondan vergi öhdəliyini dərhal yerinə yetirməyi tələb edə bilər.