Azərbaycanın MDB ölkələrinə məhsul ixracı artıb

2020.06.19 11:41 (UTC+04:00)

Cari ilin yanvar-may aylarında Azərbaycandan MDB ölkələrinə 580 milyon 34 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 132,8 milyon dollar çoxdur.

Bu ilin 5 ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 107 milyon 739 min dollar olub.