İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2020.06.18 16:30 (UTC+04:00)

İyunun 18-də Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zəmanət Fondu” ASC-nin AZ2045008680 ISIN-li, 25 milyon manat həcmində, 8280 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

BFB-dən bildirilib ki, sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 milyon manat təşkil edib.

İstiqrazlar 2038-ci il noyabrın 27-də ödəniləcək.