Mayda Azərbaycandan MDB ölkələrinə 142,1 milyon dollarlıq məhsul göndərilib

2020.06.18 18:21 (UTC+04:00)

Mayda Azərbaycandan MDB ölkələrinə 142,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ötən ay Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 215 milyon dollar olub.