Alma ixracı azalıb

2020.06.18 15:15 (UTC+04:00)

Yanvar-may aylarında ölkədən 20,8 min ton alma ixrac edilib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, ixrac edilən almanın dəyəri 8,8 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə Azərbaycandan dəyəri 15,9 milyon dollar olmaqla 38,6 min ton alma ixrac edilib.