Azərbaycanla Moldovanın ticarət dövriyyəsi 5 milyon dolları ötüb

2020.06.18 14:41 (UTC+04:00)

Yanvar-may aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 5 milyon dolları keçib.

Bu barədə Moldovanın Milli Statistika Bürosundan məlumat verilib.

Bildirilib ki, 5 ay ərzində ölkəmizin Moldovadan idxal etdiyi məhsulun dəyəri 1,9 milyon dollara yaxın olub. Azərbaycandan Moldovaya isə 3,3 milyon dollarlıq məhsul ixrac edilib.