Mayda dəniz nəqliyyatı ilə 40,8 milyon dollarlıq yük daşınıb

2020.06.18 12:43 (UTC+04:00)

Mayda dəniz nəqliyyatı ilə ümumilikdə 123 min 322 ton yük daşınıb ki, bu yüklərin dəyəri 40,8 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ötən ay dəniz nəqliyyatı ilə ixrac olunan 57 min ton yükün dəyəri 13,2 milyon dollar olub. Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi 66 min 262 ton, dəyəri isə 27,5 milyon dollar təşkil edib.