Almaniya əyalətlərində cərimələr artıb, vergi gəliriləri azalıb

2020.06.19 18:15 (UTC+04:00)

"Şpigel" jurnalında nəşr edilmiş xəbərdə bildirilir ki, koronavirusla bağlı müəyyənləşdirilmiş qaydaların pozulmasına görə aprel ayında Frankfurt şəhərində pul cəriməsinin məbləği 410 min avro olub. Bu rəqəm Frankfurtda 382 min, Duisburqda 350 min, Münhendə 300 min, Essen şəhərində 143 min, Hamburqda 127 min avro olub. Bəzi şəhərlərdə pul cərimələrinin ümumi məbləği xeyli aşağı səviyyədə olub.

Ən çox qayda pozan şəhərlərin siyahısında isə Hamburq birinci yerdə gəlir.

Xəbərdə o da göstərilir ki, cərimələr şəhər büdcəsinə gəlir kimi daxil olsa da, əyalət xəzinələri əhəmiyyətli həcmdə vergi itkilərinə məruz qalıb. Köln şəhərinin vergi itkisi 240 milyon avroya çatıb. Bu göstərici Leypsiq şəhərində 170 milyon, Nürnberq şəhərində isə 150 milyon avro olub.