Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

2020.06.17 16:58 (UTC+04:00)

İyunun 17-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100182S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiymət aralığı 99.4397 AZN (7.26 faiz) və 99.4773 AZN (6.76 faiz) arasında olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 408 milyon 541 min 300 AZN olub. AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.4773 AZN (6.76 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon AZN təşkil edib. Notlar iyulun 15-də ödəniləcək.