Cari ilin yanvar-may aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın 5 ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Yunanıstan və Xorvatiya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 2 milyard 428,7 milyon ABŞ dolları, Yunanıstana 243,2 milyon dollar, Xorvatiyaya isə 209,7 milyon dollar olub.