Tomat ixracı artıb

2020.06.17 15:00 (UTC+04:00)

Yanvar-may aylarında ölkədən 104,8 min ton tomat ixrac edilib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, ixrac edilən tomatın dəyəri 124 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən dəyəri 104,2 milyon dollar olmaqla 91,6 min ton tomat ixrac edilib.