Azərbaycanla Belarusun ticarət dövriyyəsi 113 milyon dollara yaxın olub

2020.06.17 12:29 (UTC+04:00)

Yanvar-may aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 113 milyon dollara yaxın olub.

Bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Hesabat dövründə Belarusdan Azərbaycana ixracın dəyəri 48,1 milyon dollar, ölkəmizdən Belarusa isə 64,5 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının dəyəri 227 milyon dolları ötüb, bu da 2018-ci illə müqayisədə 23 milyon dollar çoxdur.