Beş ayda dəmir yolu ilə 2,7 milyon ton yük daşınıb

2020.06.17 12:06 (UTC+04:00)

Cari ilin yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə 2 milyon 699 min 237 ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 8,2 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 5 ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 863,9 min ton yükün dəyəri 185 milyon dollar təşkil edib.

Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 1 milyon 835,2 min ton, dəyəri isə 823,1 milyon dollar olub.