Pensiyaların sığorta hissəsi indeksləşdiriləcək

2019.02.08 10:59 (UTC+04:00)

Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncam imzalayıb.

Pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş illik artım tempinə uyğun olaraq 2019-cu ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasının təmin edilməsini və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib.