Bugünkü valyuta hərracında tələb 30,9 milyon dollar olub

2020.06.16 14:34 (UTC+04:00)

İyunun 16-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən bildirilib ki, hərracda tələb 30,9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.