İdxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb

2020.06.16 12:31 (UTC+04:00)

İdxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, aprel ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 102 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 122,9 faiz, cari ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrünə nisbətən isə 124,9 faiz təşkil edib.

Apreldə ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 68,1 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 39,4 faiz, bu ilin yanvar-aprel aylarında ötən ilin eyni aylarına nisbətən isə 75 faiz olub.