Diri çəkidə ət istehsalı artıb

2020.06.16 11:00 (UTC+04:00)

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3 faiz artaraq 207,5 min ton olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, süd istehsalı 1,6 faiz artaraq 859,4 min ton, yumurta istehsalı 9,3 faiz artaraq 836,3 milyon ədəd, yun istehsalı 0,1 faiz artaraq 12,2 min ton və barama istehsalı 9,7 dəfə artaraq 18,3 ton təşkil edib.