Beş ayda metallurgiya sənayesi 2,2 dəfə artıb

2020.06.13 14:12 (UTC+04:00)

Yanvar-may aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 272,6 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, metallurgiya sənayesində 2,2 dəfə, hazır metal məmulatlarının istehsalı sahəsində isə 7,4 faiz artım müşahidə olunub.

Həmin müddətdə sahə üzrə 13 min 625,3 ton qara metallardan digər konstruksiyalar istehsal edilib.