Pandemiyanın turizmə təsirlərinın aradan qaldırılması ilə bağlı müzakirə aparılıb

2020.06.12 17:28 (UTC+04:00)

Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin Biznes Klubunun təşəbbüsü ilə "2020-Turizm sahəsi üçün böhranlı il. Azərbaycan və Rusiyanın anti-böhran təcrübəsi" mövzusunda onlayn müzakirələr aparılıb.

Tədbirdə Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev, Biznes Klubunun icraçı direktoru, “Russian Business Guide” jurnalının baş redaktoru Mariya Suvorovskaya, Azərbaycan Dövlət Turizm Agentliyinin böyük məsləhətçisi Sevinc Quliyeva, Azərbaycan Turizm Bürosunun departament müdiri Sevinc Zeynallı, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev, Rusiyanın Ticarət və Sənaye Palatasının departament müdirinin müavini Viktoriya Kalinina, turizm şirkətlərinin və digər qurumların nümayəndələri iştirak ediblər.

Onlayn müzakirələrdə iştirakçılar Azərbaycan və Rusiyada turizm sahəsinə göstərilən dövlət dəstəyi tədbirləri, postpandemiya dövründə turizmin inkişaf perspektivləri, turizm obyektlərində insanların sağlamlığının qorunması ilə bağlı görülən işlərlə bağlı fikir mübadiləsi aparıblar.