Yanvar-may aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 17,8 milyard manat olmaqla 2019-cu ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 5,2 faiz azalıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri keçən ilin yanvar-may ayları ilə müqayisədə 5 faiz azalaraq 17,1 milyard manata bərabər olub, onun 47,5 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 356,9 manat və ya ötən ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 11,4 manat az vəsait xərcləyib.