Yanvar-may aylarında kimya sənayesində məhsul buraxılışı artıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 5 ayda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 481 milyon manatlıq məhsul istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 3,1 dəfə, kimya sənayesində 24,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 13,6 faiz artıb.
Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 3,6 dəfə, bərk polipropilen boruların istehsalı 94,7 faiz artıb.