Azərbaycan dörd ayda 3,1 milyard dollarlıq xam neft ixrac edib

2020.06.12 16:35 (UTC+04:00)

SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən, yanvar-aprel aylarında ölkədən 10 milyon 258,9 min ton xam neft ixrac edilib. Göndərilən neftin dəyəri isə 3 milyard 123,5 milyon ABŞ dolları olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.