Külək elektrik stansiyalarında 44,1 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub

2020.06.12 16:01 (UTC+04:00)

Yanvar-may aylarında Azərbaycandakı külək elektrik stansiyalarında (KES) 44,1 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 5 ayda ölkədəki günəş elektrik stansiyalarında (GES) isə 17,4 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.