Bakı–Tbilisi–Ceyhan kəməri ilə bu il 12,5 milyon ton neft daşınıb

2020.06.12 14:15 (UTC+04:00)

Cari ilin yanvar-may aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 15 milyon 646 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 80,1 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 5 ayda bu kəmərlə 12 milyon 529,4 min ton neft nəql edilib. Hesabat dövründə BTC ilə 1 milyon 790,2 min ton tranzit nefti də ötürülüb.