Yanvar-may aylarında Azərbaycanda 15 milyon 251,3 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 16 milyard 441,2 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 11 milyard 649,1 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 5 ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 9,6 milyard manat olmaqla əvvəlki ilin eyni aylarına nisbətən 1,2 faiz azalıb.
Ölkədə əmtəəlik neft istehsalı 3,1 faiz azalıb, qaz hasilatı isə 15,5 faiz artıb.