Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport.az” portalı Beynəlxalq Ticarət Mərkəzi (International Trade Center - ITC) ilə birlikdə "Ticarətə Hazır" layihəsinə başlayıb.
Mərkəzdən bildirilib ki, layihə çərçivəsində beynəlxalq elektron ödənişlər, "wordPress/WooCommerce" tətbiqi vasitəsilə elektron ticarət saytını qurulması, Amerika və Avropa ölkələrində elektron ticarətlə məşğul olmaq üçün şirkət qeydiyyatı, "Amazon" elektron ticarət platformasında açılan hesabın aktiv saxlanılmasına dair həll yolları kimi mövzuları praktik tədris olunacaq.
Təlim ITC-nin eksperti Mohamed Es Fih tərəfindən ingilis dilində keçiriləcək.
"Zoom" tətbiqi vasitəsilə keçiriləcək təlimin sonunda 70 faizdən yüksək iştirak göstəricisi olan şəxslər sertifikatla təmin olunacaqlar.
Qeyd edək ki, bundan əvvəl "Azexport.az" portalı, "Worldef Business School" və "Worldef" şirkətinin Azərbaycan üzrə ölkə təmsilçisi, "My Broker" gömrük təmsilçiliyi ilə birgə aprelin 30-dan mayın 19-dək təşkil olunmuş "Distant Amazon və Elektron ticarət" təlimində 168 şəxs iştirak edib və 80 faizdən yuxarı iştirak göstəricisi olanlar isə sertifikatla təltif olunublar.
Təlim ödənişsizdir və iyunun 15, 19, 22, 25-də keçiriləçək. Qeydiyyat linki: http://training.ereforms.org/