Daşınmaz əmlakın icbari sığortası üzrə 21,3 milyon manat sığorta haqqı toplanıb

2020.06.11 16:43 (UTC+04:00)

Yanvar-aprel aylarında ölkəmizdə fəaliyyət göstərən şirkətlər tərəfindən daşınmaz əmlakın icbari sığortası üzrə 21 milyon 326,4 min manat sığorta haqqı toplanıb, 2 milyon 211,4 min manat ödəniş həyata keçirilib.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, hesabat dövründə daşınmaz əmlakın mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar 175,5 min manat təşkil edib, bu sığorta növü üzrə 1400 manat ödəniş edilib. Eyni zamanda, bütün sığorta növləri üzrə cəmi yığımlar 311 milyon 337 min manat, ödənişlər isə 105 milyon 564,7 min manat təşkil edib.