İcbari sığorta növləri üzrə 101,5 milyon manat sığorta haqqı yığılıb

2020.06.11 17:43 (UTC+04:00)

Bu ilin 4 ayında Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 101 milyon 529,7 min manat sığorta haqqı toplanıb, 25 milyon 282,6 min manat ödəniş həyata keçirilib.

Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, hesabat dövründə icbari həyat sığortası üzrə yığımlar 21 milyon 772,3 min manat, ödənişlər 703 min manat təşkil edib. Qeyri-həyat sığortası növləri üzrə isə 79 milyon 757,4 min manat sığorta haqqı yığılıb, 24 milyon 579,5 min manat ödəniş edilib.