Dünyanın məşhur simalarından olan 35 yaşlı model Bar Rafaeli təqdim etdiyi bəyannamələrdə gəlirlərini az göstərdiyinə görə 2,8 milyon dollar vergi, eləcə də 750 min dollar cərimə ödəyəcək. Bundan əlavə, ona 9 ay icbari əmək cəzası verilib.
Məhkəmə modelin anası, eyni zamanda meneceri Zipi Rafeli barəsində isə 16 aylıq həbs qərarı çıxarıb. O, həm də 750 min dollar cərimə ödəməlidir. Beləliklə, Bar Rafaeli və anası dövlət büdcəsində ümumilikdə 4,3 milyon dollar vəsait ödəməli olacaqlar.
İsrailin Ədliyyə Nazirliyi tərəfindən haqqında 7,2 milyon dollarlıq vergi yayındırmaq iddiası irəli sürülmüş Bar Rafaeli məhkəmənin qərarı ilə razılaşıb.