İyunun 10-na Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan "Ata Bank" ASC və "Amrah Bank" ASC-nin əmanətçilərinə 47,1 milyon manat kompensasiya ödəyib.
ADIF-dən bildirilib ki, "Ata Bank" və "Amrah Bank"da qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə iyunun 1-dən başlanılıb. "Ata Bank" ASC və "Amrah Bank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada "Kapital Bank" ASC-nin adlı debet kartları və "Xəzri" sürətli pulköçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.
Qeyd edək ki, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.