Dividend gəlirləri ilə bağlı vergi güzəşti kiçik sahibkarlığı stimullaşdıracaq

2019.02.07 18:25 (UTC+04:00)

Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə qədər kiçik sahibkarlıq subyektləri xalis mənfəətini öz təsisçiləri (payçıları) arasında bölüşdürərkən ümumi qaydada 10 faiz dərəcə ilə vergi tuturdu. Yeni dəyişiklikdə Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirini və xərcini sənədləşdirən bu kateqoriya vergi ödəyicilərinin öz təsisçilərinə (payçılarına) ödədikləri dividendlərin ödəmə mənbəyində vergidən azad olunmasını nəzərdə tutan müddəa əksini tapıb.

ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan hüquqi və fiziki şəxslərə qanunla müəyyən edilmiş qaydada gəlirlərin və xərclərin uçotunu apardıqları halda, əlavə vergi güzəşti verilib və onlar tərəfindən təsisçilərinə (payçılarına) ödənilən dividendlər ödəmə mənbəyində 10 faiz dərəcə ilə tutulan vergidən azad olunub. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 106.10 və 102.1.22-1-ci maddələri ilə müəyyən edilmiş bu güzəşt kiçik sahibkarlıq subyektlərinin gəlir və xərcin uçotunun aparılması mədəniyyətinin formalaşdırılması və təkmilləşdirilməsi məqsədi daşıyır.

Elxan SALAHOV