Vergi güzəştləri sığorta sisteminə müsbət təsir göstərəcək

2020.06.10 18:02 (UTC+04:00)

Dəyişikliyə əsasən, sahibkarların bir sıra vergiləri ödəməkdən azad edilməsi, bəzi sahibkarlara tətillərin verilməsi nəticəsində bu ilin sonuna qədər onlar öz vəsaitlərinə müəyyən qədər qənaət edə və həmin məbləğləri digər sahələrə yönəldə biləcəklər.

Vergi rejiminin yumşaldılması sahibkarları digər alətlərə üz tutmağa sövq edir. Vergi məbləğlərinin azaldılması sahibkarların sığortaya marağını artıra bilər.

Əvvəllər bəzi sahibkarlar vergi yükünü və digər problemləri əsas gətirərək sığortadan yayınmağa çalışırdılar. Dəyişiklikdən sonra sahibkarlar qənaət etdikləri vəsaitləri əmlaklarının sığortasına yönəltmək barədə düşünə biləcəklər. Bununla da gələcəkdə sahibkarların üzləşdikləri risk faktorları əsaslı şəkildə azalacaq. Bu baxımdan, hesab edirəm ki, sığorta ilə bağlı ictimaiyyət arasında maarifləndirici və məlumatlandırıcı müzakirələrin aparılmasına ehtiyac var.

Fərqanə ALLAHVERDİQIZI