Cari ildə Azərbaycan 522,3 milyon kilovat/saat elektrik enerjisi ixrac edib

2020.06.10 14:47 (UTC+04:00)

Bu ilin ilk 5 ayında ölkə üzrə elektrik enerjisinin ixracı 522,3 milyon kilovat/saat təşkil edib.

Energetika Nazirliyindən bildirilib ki, ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 113,7 milyon kilovat/saat azalıb.

Yanvar-may aylarında elektrik enerjisinin idxalı isə 62,2 milyon kilovat/saat təşkil etməklə ötən ilin eyni dövrünə nisbətən 1,1 milyon kilovat/saat artıb.