Ötən ay elektrik enerjisinin ixracı artıb

2020.06.10 12:34 (UTC+04:00)

May ayında respublika üzrə elektrik enerjisinin istehsalı 1 milyard 899,6 milyon kilovat/saat, ixracı 21,7 milyon kilovat/saat, idxalı 17,5 milyon kilovat/saat olub.

Energetika Nazirliyindən bildirilib ki, keçən ilin eyni dövrü ilə müqayisədə bu ilin mayında respublikada elektrik enerjisinin istehsalı 17,5 milyon kilovat/saat azalıb, ixrac 2,7 milyon kilovat/saat, idxal isə 8,6 milyon kilovat/saat artıb.