Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyi onlayn konfrans keçirəcək

2020.06.10 11:27 (UTC+04:00)

Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyi “2020-ci il turizm sahəsi üçün böhran ilidir. Rusiya və Azərbaycanda antiböhran təcrübəsi” mövzusunda onlayn konfrans keçiriləcək.

İyunun 11-də keçiriləcək tədbirin əsas spikerləri Azərbaycan Dövlət Turizm Agentliyinin, Rusiya Dövlət Turizm və Servis Universitetinin, Rusiya Restoratorlar və Otelyerlər Federasiyasının, regional ticarət-sənaye palatalarının nümayəndələri, habelə Rusiya və Azərbaycanın turizm obyektlərinin, muzeylərin və otellərin rəhbərləri olacaq.