Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib

2020.06.09 17:41 (UTC+04:00)

İyunun 9-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105010786 ISIN-li, 25 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 92.4215 AZN (14.5 faiz) və 101.1072 AZN (9,38 faiz) olan 21 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.0000 AZN (10 faiz), orta ölçülmüş qiyməti 100.3572 (9.799 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 48 milyon 925 min 400 AZN, yerləşdirilmiş həcmi isə 25 milyon AZN təşkil edib. İstiqrazlar 2022-ci il iyunun 7-də ödəniləcək. Hərrac iştirakçıları iyunun 10-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.