Yaponiyada orta aylıq əməkhaqqı azalır

2020.06.10 13:59 (UTC+04:00)

Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi ölkə üzrə 30 mindən çox müəssisədə keçirilən sorğunun nəticələrinə görə məlumat yayıb. Məlumatda bildirilir ki, apreldə işçilər orta hesabla 275 min yen (təqribən 2500 dollar) əməkhaqqı alıblar. Buraya onların baza əməkhaqqı və digər əlavə ödənişlər daxildir. Ümumilikdə illik hesablamada bu göstəricinin 0,6 faiz aşağı düşdüyü qeyd edilir.

Sorğunun nəticələrinə görə əlavə iş üçün orta ödəniş 230 dollar təşkil edib ki, bu da əvvəlki ilin həmin göstəricisi ilə müqayisədə 12,2 faiz azalma deməkdir.

Eyni zamanda, restoran və əyləncə biznesinin də daxil olduğu xidmət sahələrində əmək haqlarının kəskin düşdüyü qeyd edilir.