ABŞ prezidenti Aİ və Çini yenidən gömrük vergisi ilə hədələyib

2020.06.09 14:00 (UTC+04:00)

Prezident Donald Tramp ABŞ-ın Mayn əyalətinə səfəri zamanı dəniz məhsulları sektorunda fəaliyyət göstərən müəssisələrin rəhbərləri ilə "dəyirmi masa" müzakirəsində iştirak edib. Müzakirə olunan məsələlər arasında vergi mövzusu diqqəti daha çox çəkib.

Avropa İttifaqının (Aİ) ABŞ-dan alınan xərçənglərə gömrük vergisi tətbiq etməsinə etirazını bildirən Donald Tramp deyib: "Aİ bu vergini ləğv etməsə, biz də vəziyyəti bərabərləşdirmək üçün Aİ-dən gətirilən maşınlara görə gömrük vergisi tutacağıq".

ABŞ prezidentinin daha bir hədəfi də Çin olub: "Çin də Amerika xərçənglərinə görə tutulan gömrük vergisini azaltmasa, bu ölkədən idxal olunan mallara yeni gömrük vergisi tətbiq etməli olacağıq".