Mikro sahibkarlıq subyekti olan müəssisələrə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması baxımından hansı azadolma tətbiq ediləcəkdir?
Mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır. Bundan əlavə, müəssisə Bakı şəhərində fəaliyyət göstərirsə, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, sadələşdirilmiş verginin dərəcəsi Bakı şəhərində 4 faizdən 2 faizə endirilmişdir.
Əsas: Vergi Məcəlləsi, 106.1.20-ci, 220.1-ci maddələr