İndiyədək Xaçmaz KOB evi sahibkarlara 4500-dən çox xidmət göstərib

2020.06.08 16:09 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB evi tərəfindən sahibkarlara göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 97 faiz təşkil edir.

KOBİA-dan bildirilib ki, Xaçmaz KOB evində sahibkarlara təqdim edilən xidmətlərdən məmnunluq səviyyəsinin ölçülməsi üçün elektron sistem tətbiq olunur və hər bir xidmət üzrə yerindəcə məmnunluq səviyyəsi ölçülür. Bu ilin fevralından fəaliyyət göstərən Xaçmaz KOB evində sahibkarlara 25 xidmət pəncərəsi üzrə 300-dək dövlət (“G2B”) və biznes-biznes (“B2B”) xidmətləri vahid məkanda təqdim olunur. İndiyədək Xaçmaz KOB evi tərəfindən sahibkarlara 4500-dən çox xidmət göstərilib. Sahibkarlara xidmətlərin bir məkanda göstərilməsi vaxt itkisini və əməliyyat xərclərini azaldır.