Mayda Gömrük Komitəsi tərəfindən büdcə daxilolmaları 348,2 milyon manat olub

2020.06.08 12:31 (UTC+04:00)

Mayda Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 348 milyon 222 min manat olub.

Komitədən bildirilib ki, keçən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 71 milyon 40 min manat, əlavə dəyər vergisi üzrə 263 milyon 451 min manat, aksizlər üzrə 10 milyon 656 min manat, yol vergisi üzrə isə 3 milyon 73 min manat təşkil edib.