TANAP-ın ticarət əməliyyatları planlaşdırılmış qrafik üzrə davam edir

2020.06.08 12:07 (UTC+04:00)

TANAP layihəsi planlaşdırılan təqvimə uyğun olaraq tam vaxtında və proqnozlaşdırılan ilkin sərmayənin 45 faizinə qənaət edilməklə başa çatdırılıb.

Bu sözləri TANAP şirkətinin baş direktoru Saltuk Düzyol deyib.

Bütün dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) pandemiyasının beynəlxalq iqtisadiyyatda və ticarət münasibətlərində böyük problemlər yaratmasına baxmayaraq, TANAP-ın 2018-ci il iyunun 30-dan başlayaraq ticarət əməliyyatların planlaşdırılmış qrafik üzrə heç bir ləngimə olmadan davam etdiyini diqqətə çatdıran baş direktor deyib: “TANAP layihəsinin maliyyələşdirilməsi üçün nüfuzlu beynəlxalq maliyyə qurumlarından kredit alınıb. Bundan başqa, Avropa İttifaqının “Ortaq məqsədli layihələr”i (PCI) çərçivəsində 10,2 milyon avro qrant qazanılıb. 2018-ci ilin iyunundan başlayaraq ticarət əməliyyatları planlaşdırılmış qrafik üzrə davam etməkdədir. Bu ilin mayınadək TANAP-la Azərbaycandan Türkiyəyə daşınan təbii qazın həcmi 5.13 milyard kubmetr olub”.