İspaniya Maliyyə Nazirliyi tərəfindən haqqında iddia qaldırılmış məşhur futbolçu barəsində Madrid məhkəməsi altı aylıq həbs qərarı çıxarıb. Dieqo Kosta 2014-cü ildə Madridin "Atletiko" klubundan İngiltərənin "Çelsi" klubuna transfer olunarkən reklam gəlirlərini gizlətməklə vergi yayındırmaqda ittiham olunub.
Məhkəmənin qərarında Dieqo Kostanın 1,1 milyon avro məbləğində vergi yayındırdığı göstərilib. Futbolçunun həbs cəzası 12 ay ərzində gündə 100 avro ödənilməklə 36 min avro pul cəzası ilə əvəz edilib.
Qeyd edək ki, Dieqo Kosta onun haqqında məhkəmə iddiası qaldırılandan bir neçə ay əvvəl 1 milyon 142 min 888 avro məbləğində vergi borcunu ödəmiş, lakin bu onu məsuliyyətdən azad etməmişdi.