Kurık-Ələt limanı istiqamətində yük avtomobili daşımaları üzrə qiymətlər endirilib

2020.06.05 16:23 (UTC+04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Kurık-Ələt limanı istiqamətində yük avtomobili daşımaları üzrə qiymətlərə dəyişiklik edib.

ASCO-dan bildirilib ki, Kurık-Ələt limanı istiqamətində yük avtomobilləri üzrə birtərəfli daşıma 1200 dollardan 900 dollara, Ələt limanından gediş-dönüş isə 2100 dollardan 1800 dollara endirilib.