Bugünkü valyuta hərracında tələb 44,7 milyon dollar olub

2020.06.04 13:40 (UTC+04:00)

İyunun 4-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dan bildirilib ki, hərracda tələb 44,7 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.