Azərbaycanda ötən il 81,7 milyard manat dəyərində əlavə dəyər istehsal olunub

2020.06.03 16:09 (UTC+04:00)

2019-cu ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) faktiki göstəricisi həm real, həm də nominal ifadədə proqnozlardan az olub. Bu barədə qurumun “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.
Bununla belə, Rəyə əsasən, ÜDM-in real artımı nominal artımını üstələyib, neft ÜDM-də bu fərq əhəmiyyətli olub.
Ötən il ölkədə 81,7 milyard manat dəyərində əlavə dəyər istehsal olunub, məhsul və xidmətlərin real ifadədə dəyəri əvvəlki illə müqayisədə 0,7 faiz bəndi sürəti - 2,2% artıb.