İran vergilərin yayındırılmasına qarşı mübarizəni gücləndirmək üçün yol axtarır

2020.06.03 18:25 (UTC+04:00)

İranın rəsmi xəbər agentliyi İRNA-nın yaydığı xəbərə görə, ölkənin Vergi İdarəsinin rəhbəri Ümid Əli Parsa Xürrəmabad şəhərində təşkil etdiyi mətbuat konfransında vergi ilə bağlı problemlərə açıqlıq gətirib. Parsa ölkədə büdcədən yayındırılan vergilərin həcminin 40-45 trilyon tümən (2,2-2,5 milyard dollar) olduğunun təxmin edildiyini bildirib: “Vergi yayındırmaq qanunazidd bir cinayətdir və bizim heç bir bəhanə ilə qəbul edilməyəcək qırmızı xəttimizdir”.
Ölkədə yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulan “İnternet Vergi Sistemi” ilə vergi qaçaqlığının qarşısının əhəmiyyətli şəkildə alınacağını bildirən Dövlət Vergi İdarəsinin sədri bu addımın rəhbərlik etdiyi qurumun ən önəmli hədəfi olduğunu qeyd edib.