Azərbaycanda e-ticarətin həcmi 50 faizə yaxın artıb

2020.06.03 12:55 (UTC+04:00)

Azərbaycanda bu ilin aprel ayı ərzində bank kartları vasitəsilə 261 mln. manat həcmində elektron ticarət (e-ticarət) əməliyyatı həyata keçirilib. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu göstərici aylıq müqayisədə e-ticarət əməliyyatlarının həcmində 14,4% azalma olduğunu göstərir. Ötən ilin müvafiq ayı ilə müqayisədə isə elektron ticarətin həcmində 18% artım müşahidə olunub.
AMB-nin hesablamalarına əsasən, bu ilin yanvar-aprel ayları ərzində ölkədə kartlar vasitəsilə həyata keçirilən elektron ticarət əməliyyatlarının həcmi isə 1 103 mln. manat təşkil edib. Bu da öz növbəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyatların həcmində 47% artım deməkdir.