Azərbaycan neftinin qiyməti 40 dolları ötüb

2020.06.03 11:39 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti bahalaşır.

"Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,14 dollar artaraq 40,28 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.